Coşqun Xəliloğlu şiiri:”Gözlərin aydın, vətən”

Coşqun Xəliloğlu

Gözlərin aydın, vətən

Azərbaycan xalqının böyük qələbəsi münasibəti ilə

Necə də xöşbəxtik biz, qələbə çalınıbdır,

Müqəddəs torpağımız yağıdan alınıbdır,

Hiyləgər düşmənimiz pis günə salınıbdır,

Ruhsuz yaşaya bilməz, bütöv olammaz bədən,

Anam, gözlərin aydın, gözlərin aydın, vətən.

Üçrəngli bayrağımız əzizdir canımızdan,

Törpağımız güç aldı tökülən qanımızdan,

Danışır cahan bizdən – yüksələn şanımızdan,

Neçə bəxtiyar olur, arzuya, kama çatan,

Anam, gözlərin aydın, gözlərin aydın, vətən

Qarabağ ki var, bizim, şanımız, şöhrətimiz,

Vətənin hər qarışı, əbədi sərvətimiz,

Necə güclüdür bu xalq, göründü qüdrətimiz,

Bundan sonra yaşayar, millətimiz xöşbəxt, şən,

Anam, gözlərin aydın, gözlərin aydın, vətən.

Biz həmişə olmuşuq, düz sözlü, düz ilqarlı,

Başımızı dik tutub yaşamışıq vüqarlı,

Hər günümüz xoş keçsin, yaylı, qışlı, baharlı,

Laləzardır yurdumuz, min cür nemətlər bitən,

Anam, gözlərin aydın, gözlərin aydın, vətən.

Azadlığa qovuşub torpağımız, daşımız,

Bizə dəstək-arxadır böyük Türk qardaşımız,

Biryolluq azad olub, Xankəndimiz, Şuşamız,

Sevinc ilə, qürurla, fərəhlə deyirəm mən:

Anam gözlərin aydın, gözlərin aydın, vətən.

12.10.2020.

İlk yorum yapan olun

Bir yanıt bırakın

E-posta hesabınız yayımlanmayacak.


*