Coşqun Xəliloğlu şiiri: ” AZƏRBAYCAN-TÜRKİYƏ”

AZƏRBAYCAN-TÜRKİYƏ

Doğmaca qardaşdılar,

Kökü bir soydaşdılar,

Neçə zirvə aşdılar,

Azərbaycan-Türkiyə.

**

Sevinci, kədəri bir,

Uğuru, zəfəri bir,

Ayları, illəri bir,

Azərbaycan-Türkiyə.

**

Arzu, murad kimidir,

İki qanad kimidir,

Qoşa bir ad kimidir

Azərbaycan-Türkiyə.

**

Şimşək kimi çaxıbdır,

Dağ çayı tək axıbdır,

Çox sınaqdan çıxıbdır,

Azərbaycan-Türkiyə.

**

Aşıq , sazını dindir,

Bu çöl, çəmən mənimdir,

Xoşbəxtəm Vətənimdir

Azərbaycan-Türkiyə.

İlk yorum yapan olun

Bir yanıt bırakın

E-posta hesabınız yayımlanmayacak.


*